Paytaxtın Nərimanov rayonu, Koroğlu Rəhimov küçəsi, “ABU Arena”nın qarşısında yarımçıq tikilmiş yerüstü piyada keçidi təhlükə yaradır. Bu haqda bu gün, 15 noyabr tarixində Bakuplus.az xəbər verir.
Tikilməkdə olan yerüstü piyada keçidinin girişinə heç bir xəbərdaredici işarə və ya məhdudiyyət qoyulmayıb. Bu da piyadaları həmin keçiddən istifadə etməyə sövq edirlər.
Keçidin özündə isə təhlükəsizlik üçün heç bir şərait yaradılmayıb. Bu da piyadalar üçün, əsasən də qaranlıq vaxtları faciəyə səbəb ola bilər.
[caption id="attachment_79179" align="alignnone" width="640"]
Foto BakuPlus.az[/caption]