Yay mövsümünün başlaması ilə əlaqədar olaraq Bakı-Qəbələ-Bakı istiqamətində qatar reyslərinin sayı artırılıb. Bu haqda bu gün, 23 iyun tarixində Bakuplus.az “Azərbaycan Dəmir Yolları” QSC-yə istinadən məlumat verir.
Həftənin şənbə və bazar günləri saat 08:00-da Bakı Dəmiryol Vağzalından Qəbələyə yola düşən qatar mənzilbaşına saat 11:20-də, həmin günlər Qəbələdən saat 19:00-da yola düşən qatar isə Bakıya saat 22:20-də çatacaq.
Qəbələ Dəmiryol Vağzalından Qəbələ şəhər mərkəzinə və əks istiqamətdə sərnişinlər üçün ödənişsiz avtobuslar fəaliyyət göstərir.