Bakı Rus Evində Azərbaycan miflərinə aid kitabın təqdimatı baş tutacaq. Bu haqda bu gün, 24 aprel tarixində Bakuplus.az Bakı Rus Evinə istinadən xəbər verir.
Hüquqşunas, yazıçı və rəssam Fidan Cəfərovanın “Ширие.Истина” kitabı təqdim olunacaq.
Kitab Azərbaycan ədəbiyyatı mövzusundadır. Burada Azərbaycanın milli mifləri, nağıllar, eləcə də şərq müdrikliyi barədə danışılır.
Tədbir 3 may saat 19:00-da baş tutacaq. Giriş sərbəstdir.