Bakı Rus Evində Qələbə Günü ilə əlaqədar şeir gecəsi keçiriləcək. Bu haqda bu gün, 6 may tarixində Bakuplus.az Bakı Rus Evinə istinadən xəbər verir.
“Qəhrəmanlar barədə şeir” adlı gecədə ədəbi və musiqili çıxışlar olacaq. Gənc şairlər dünya müharibəsində qələbə ilə bağlı şeirlər oxuyacaqlar, həmçinin “Qələbə olan yol” mövzusunda sərginin açılışı olacaq.
Musiqili proqdamda isə Azərbaycanın Əməkdar artisti Anton Ferştandt, incəsənət üzrə fəlsəfə doktoru Alyena İnyakina, Azərbaycan dövlət Akademik Filarmoniyasının artisti Fərhad Ələkbərov kimi fərdlər çıxış edəcəklər.
Həmçinin tədbir çərçivəsində rəqs tamaşaları da nümayiş olunacaq.
Tədbir 7 may saat 13:00-da baş tutacaq. Ünvan: Ü.Hacıbəyli, 77B. Giriş sərbəstdir.