23-31 avqust tarixlərində Bakı Rus Evində rəssam Nərmin Bakusun “Əbədi dəyərlər” adlı fərdi sərgisi keçiriləcək. Bu haqda bu gün, 19 avqust tarixində Bakuplus.az xəbər verir.
Nərmin Bakusun rəsmləri Parisdəki Luvr Muzeyində nümayiş etdirilir. Onun əsərləri Azərbaycanın sərvətinə və onun mədəniyyətinə həsr olunmuş vizual simfoniyadır.
Həmçinin sərgidə rəssamın tələbəsi Mikayıl Axundovun “İlk toxunuşlar” əsəri nümayiş olunacaq.
Ünvan: Ü.Hacıbəyli, 77B. Giriş sərbəstdir.