Bakı sakinləri Qurban bayramı münasibətilə qurban kəsirlər. Bu haqda bu gün, 28 iyun tarixində Bakuplus.az Report-a istinadən məlumat verir.
Nərimanov rayonundakı heyvan kəsimi məntəqələrində proses müəyyən olunmuş norma və qaydalara tam riayət olunmaqla həyata keçirilir.
Qurbanlıq ayinləri ölkənin bölgələri ilə yanaşı, paytaxtın digər rayonlarında da keçirilir.
Bu il Qurban bayramı Azərbaycanda 28-29 iyun tarixlərində qeyd olunur.