Bakı Slavyan Universitetində (BSU) kadr dəyişikliyi olub. Bu haqda bu gün, 28 mart tarixində Bakuplus.az ali təhsil müəssisəsinə istinadən xəbər verir.
Elm və təhsil naziri Emin Əmrullayevin əmrinə əsasən, Nailə Xəndan BSU-nun Elm və innovasiyalar üzrə prorektoru vəzifəsinə təyin olunub.
Qeyd edək ki, Nailə Xəndan ötən ilin fevral ayından etibarən Xarici dil müəllimliyi fakültəsinin dekanı vəzifəsində çalışırdı.