top
Bakıda estetik prosedurdan sonra qadının burnu çürüdü - Prokurorluq araşdırma apardı
11 aprel 2025, 22:45
- ↺ +

Bakıda estetik prosedurdan sonra qadının burnu çürüdü - Prokurorluq araşdırma apardı

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Burun əməliyyatı keçirən Bakı şəhər sakini Aişə Nəsibli "AFA studio" gözəllik salonunda işləyən kosmetoloq Afət Şamilovadan şikayətçidir.

Teleqraf.az xəbər verir ki, kosmetoloq tərəfindən ziyana uğradığını iddia edən Aişə Nəsibli Nəsimi rayon Prokurorluğuna şikayət ərizəsiylə müraciət edib.

Aişə Mahmudalı qızı Nəsiblinin üz nahiyəsinə "Afa studio"da düzgün botoks vurulmaması nəticəsində sağlamlığına ciddi ziyan dəyməsinə dair müraciəti əsasında rayon prokurorluğunda araşdırma aparılıb.

Araşdırma ilə bağlı izahat verən Aişə Nəsibli bildirib ki, 2024-cü ilin aprel ayında adını dəqiq xatırlamadığı klinikada burun nahiyəsində estetik əməliyyat etdirib: “Əməliyyatdan sonra heç bir problem olmadı. 2024-cü il iyun ayının sonunda Nəsimi rayonunda yerləşən “Afa” gözəllik salonuna getdim, Afaq adlı kosmetoloqa üz nahiyəmin botoks etdirmək istədiyimi bildirdim. Afaq mənim alın, qaş arası və göz ətrafı nahiyələrimə botoks etmək lazım olduğunu söylədi, bunun müqabilində məndən 70 manat pul istədi.

Afaqa təzəlikcə burnumda estetik əməliyyat aparıldığını dedim. O isə vurulan botoksun burun əməliyyatına heç bir aidiyyəti olmadığını bildirdi. Həmin gün Afaq üz nahiyəmə botoks vurdu, burnumun ətrafına isə heç bir müdaxilə olunmadı”.

Şikayətçi qeyd edib ki, təxminən 1 ay sonra korreksiyaya gedəndə burnunun ətrafında şişkinlik hiss edib və bunu Afaqa deyib:

“Afaq həmin nahiyədə şişkinliyin qalması ehtimalının olmadığını bildirdi. Avqust ayının ortalarında burnumun ətrafında olan şişkinlikdən dəri cırılması baş verdi, qan axmağa başladı. Zəng edib Afaqdan kömək istədim. O, botoks elədikdən sonra başqa yerdə dolğu etdirdiyimi, dəri cırılmasının ona heç bir aidiyyətinin olmadığını, şər-böhtan atdığımı dedi. Halbuki mən kosmetoloqun yanında üz nahiyəmə botoks etdirdikdən sonra heç bir kosmetoloji prosedura getməmişdim”.

Aişə Nəsibli izahatında hazırda şikayətinin "Afa" gözəllik salonunda işləyən Afaq adlı kosmetoloqdan olduğunu, oradan sonra heç bir kosmetoloji mərkəzə və klinikaya müraciət etmədiyini, ona 10.000 manata yaxın maddi-mənəvi ziyan dəydiyini göstərib.

Barəsində şikayət olunan Afət Şamilova bildirib ki, 2020-ci ildən onun "Afa studio" gözəllik salonu fəaliyyət göstərməyə başlayıb: “2024-cü ilin may ayında Aişə Nəsibli işlədiyim salona gələrək alın nahiyəsini botoks elətdirmək istədiyini bildirdi. Alın nahiyəsinə baxdıqdan sonra botoks edə biləcəyimi dedim və qarşılığında 60-70 manat pul istədim. Aişə razılaşaraq pulu ödədi, onun alın nahiyəsini botoks etdim. Botoksdan sonra Aişə mənə burun əməliyyatı olduğunu və burnuna dolğu vurmaq istədiyini bildirdi. Əməliyyat olunmuş burun nahiyəsinə dolğu vura bilməyəcəyimi bildirdim. Bundan sonra Aişə getdi”.

Afət Şamilovanın sözlərinə görə, təxminən 25 gün sonra Aişə Nəsibli korreksiyaya gəlib: “Alın nahiyəsində qaşın biri yuxarı dartılmışdı. Həmin yerə botoks vuraraq qaşı normal vəziyyətə gətirdim. Telefonla əlaqə saxlayanda Aişə hər şeyin yaxşı olduğunu bildirdi. Sentyabrın əvvəlində zəng edərək burun nahiyəsində sızanaq çıxdığını, bunun botoksdan sonra əmələ gəldiyini dedi. Yanıma dəvət etdim, amma gəlmədi. Burun nahiyəsində sızanağın botoksdan əmələ gəlmək ehtimalının olmadığını izah etdim. Aişə Nəsiblidən tələb etdim ki, burun nahiyəsində olan sızanağın botoksdan əmələ gəldiyini sübut edən sənəd təqdim etsin. Aişə heç bir sənəd göstərmədi. Təxminən 1 ay sonra mesaj yazaraq burun nahiyəsində çürümə getdiyini və bunun botoksdan əmələ gəldiyini dedi”.

Afət Şamilova izahatında Aişənin alın nahiyəsinə vurulan botoks nəticəsində çürümə və digər fəsadların mümkün olmadığını bildirib. O, izahatında 2019-cu il tarixdən 2024-cü ilin oktyabr ayının sonuna kimi "Afa studio" gözəllik salonunda lisenziyasız fəaliyyət göstərdiyini qeyd edib.

Araşdırma nəticəsində Aişə Nəsiblinin "Afa studio"da Afaq Şamilova adlı kosmetoloq tərəfindən düzgün müayinə edilməməsində cinayət tərkibi olmadığı müəyyən edilib.

Toplanmış material üzrə CPM-in 39.1.2-ci maddəsi ilə cinayət işinin başlanması rədd edilib.

Aişə Nəsibliyə dəymiş maddi və mənəvi ziyanla bağlı mülki qaydada məhkəməyə müraciət etmək hüququ izah edilib.

Rəsmi sənədlərə görə, Afət Şamilovanın kosmetoloji fəaliyyətlə məşğul olması üçün lisenziyasının olmadığı müəyyənləşib. Onun barəsində İnzibati Xətalar Məcəlləsinin 210-cu maddəsi ilə inzibati icraat başlanması üçün ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora təqrirlə müraciət edilib.

Son xəbərlər

Xəbər
Bu gün, 11:06

Vergi yoxlamasının keçirilməməsinə görə rüşvət almaqda təqsirləndirilənlərin məhkəməsi başlayır

Xəbər
Bu gün, 10:55

25 gün meteor yağışı olacaq

Xəbər
Bu gün, 10:28

8 Noyabr prospektində nəqliyyatın hərəkəti iflic olub - Video

Xəbər
Bu gün, 09:30

FHN: Ötən həftə 143 yanğına çıxış olub, 38 nəfər xilas edilib

Xəbər
Bu gün, 09:07

Bakının bəzi ərazilərində işıq olmayacaq

Xəbər
Bu gün, 08:58

Emin Sabitoğlunun doğum günüdür

Xəbər
Bu gün, 08:53

Bakıda bu yollarda sıxlıq var - SİYAHI

Xəbər
Dünən, 22:06

2–8 noyabr tarixləri üçün həftəlik bürc proqnozları: Sizi nələr gözləyir?

Xəbər
Dünən, 16:28

10 yaşında nənəsinin qızı oldu, 34 yaşında öz valideynlərinə qayıtdı

Xəbər
Dünən, 12:16

Bakıda oğlanlar küçədə dalaşıb, məhkəmədə barışdılar

Xəbər
Dünən, 11:00

Bakıda kişi iş yoldaşını əvəz etmək istəmədi - DAVA DÜŞDÜ

Aktual Xəbərlər
31 oktyabr 2026, 15:14

Azərbaycanda Apple istifadəçilərinin hesabları kütləvi şəkildə ələ keçirilir

Xəbər
31 oktyabr 2026, 14:24

Bakıda maşın velosipedçini vurdu - ÖLƏN VAR

Xəbər
31 oktyabr 2026, 13:06

"Yol nişanlarında "Stop"u "Toxta" ilə əvəzləyək" - DEPUTAT

Xəbər
31 oktyabr 2026, 12:26

5 milyon manatlıq qaçaqmalçılıqda ittiham olunan gömrükçü ev dustaqlığına buraxıldı

Xəbər
31 oktyabr 2026, 09:51

Cinayət törətməkdə şübhəli bilinən 45 nəfər saxlanılıb

Xəbər
31 oktyabr 2026, 09:45

Möhlət Müslümov: "İndiki müğənnilər inkubator cücələri kimi bir-birinə oxşayır"

Xəbər
31 oktyabr 2026, 09:32

"Söyüş söydü, mən də onu 4 dəfə bıçaqla vurdum" - Bakıda dostunu öldürənin MƏHKƏMƏSİ

Xəbər
31 oktyabr 2026, 09:06

Bu gün hava necə olacaq?

Xəbər
30 oktyabr 2026, 17:54

Bakı–Tbilisi–Bakı marşrutu üzrə gündəlik qatar reyslərinin sayı 4-ə çatdırılır - VİDEO

Xəbər
30 oktyabr 2026, 17:49

FIFA U-15 dünya çempionatı və festivalının bağlanış mərasimi keçirilir

Xəbər
30 oktyabr 2026, 17:31

Ramiz Mehdiyevin AMEA üzvlüyündən çıxarılması təsdiqlənib

Siyasət
30 oktyabr 2026, 16:45

İlham Əliyev kənd təsərrüfatı işçilərini təltif edib - SİYAHI

Xəbər
30 oktyabr 2026, 16:43

Telefonda yüksək səslə danışdı, ona baxan şəxsi döydü

Oxşar xəbərlər