Bakıda mağaza yandı, işçilər təxliyə edildi - VİDEO
Bakının Nərimanov rayonu Ələşrəf Əlizadə küçəsində yanğın olub.
Unikal.az xəbər verir ki, yanğın "Promusic" musiqi alətləri mağazasında baş verib. Yanğın qısaqapanma nəticəsində meydana gəlib, işçilər təxliyə edilib.