Nəsimi rayonu ərazisindən yanvarın 8-də “Toyota” markalı avtomobilin qaçırılması barədə polisə məlumat daxil olub.
Daxili İşlər Nazirliyindən Bakuplus.az-a verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Ş.Məlikov avtomobillə birgə saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.