“BakiKart”ın tətbiqi bu gündən etibarən tam istifadədədir. Bu haqda bu gün, 1 iyul tarixində Bakuplus.az xəbər verir.
İstifadəçilər yeni tətbiq vasitəsilə kart balanslarını artıra, telefon vasitəsilə gediş haqqını ödəyə, eləcə də avtobusların hərəkət sxeminə baxa bilərlər. Burada real vaxt rejimində avtobusları izləmək də mümkündür.
Tətbiqi “App Store” və “Play Market”dən almaq mümkündür.