Sabunçu rayonunda ağacəkmə aksiyası keçirilib. Bu haqda Sabunçu Gənclər Evi məlumat verib.
Xocalı faciəsinin 30-cu ildönümü ilə əlaqədar Sabunçu Rayon İcra Hakimiyyəti və Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin birgə təşkilatçılığı ilə Balaxanı qəsəbəsində ağacəkmə aksiyası təşkil olunub.
Ağacəkmə aksiyasında Vətən uğrunda canını verən şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib.