Bakıda ilk uzun məsafəli uçuş 1910-cu ildə həyata keçirilib.
Bakuplus.az xəbər verir ki, həmin il Balaxanı şosesindən havaya qalxan Fransa-Blerio məktəbinin məzunu, Rusiyanın 17-ci təyyarəçisi Aleksandr Alekseyeviç Vasilyev "Blerio" adlı kiçik mühərrikli monoplanla düz istiqamət götürüb və Bakının Binəqədi kəndinə eniş edib.
Qeyd edək ki, təyyarə Balaxanı qəsəbəsindən havaya qalxıb. 30 dəqiqə davam edən uçuşun sonunda pilot monoplanı Binəqədidə uğurla yerə endirib. Nəticədə bu, Bakıda ilk uzun məsafəli uçuş hesab olunur.

"Blerio" nəslindən olan təyyarələrdən biri