Aprelin 10-da Sabunçu rayonu Maştağa qəsəbəsi ərazisində bir nəfərin avtomobilindən 5000 manat oğurlanıb.
Bakuplus.az xəbər verir ki, zərərçəkən polisə məlumat verərək həmin gün bankların birindən götürdüyü krediti avtomobilə qoyduğunu və başına belə bir hadisənin gəldiyini bildirib.
Polisin keçirdiyi tədbirlərlə nəqliyyat vasitəsindən oğurluq edən 30 yaşlı İ.Əsədullazadə saxlanılıb.