Paytaxtın Səbail rayonu, Cənub Dərə massivində sakinlər yolsuzluqdan əziyyət çəkirlər. Bu haqda bu gün, 11 noyabr tarixində Bakuplus.az Real TV-yə istinadən xəbər verir.
11 ailənin yaşadığı ərazidə yollar bərbad vəziyyətdədir. Burada asfalt və ya çınqıl belə yoxdur. Torpaqdan olan yollar yağışlı havalarda daha da keçilməz olur.
Sakinlərin sözlərinə görə, buraya Təcili Tibbi Yardım qalxa bilmir, uşaqlar isə çox vaxt məktəbə gedə bilmirlər.
Sözügedən ərazi sürüşmə zonasındadır. Bu səbəbdən də burada yenidənqurma işləri aparılmır. Fövqəladə Hallar Nazirliyindən bildirdilər ki, massivdə sürüşmənin qarşısının alınması üçün layihə hazırlanır və sakinlər oradan köçürüləcəklər.
[caption id="attachment_78637" align="alignnone" width="640"]
Foto Real Tv-nin rəsmi Youtube kanalı[/caption]