Ramazanla əlaqədar dördgünlük bayram tətili ilə bağlı Bakı Avtovağzalında sıxlıq yaşanır. Bu haqda bu gün, 22 aprel tarixində Bakuplus.az Xəzər Xəbər-ə istinadən məlumat verir.
Rayonlara üz tutmaq istəyənlərin sayının çox olduğuna görə, avtobusların və kassaların qarşısında izdiham müşahidə olunur.
Bakı Beynəlxalq Avtovağzal Kompleksindən bildirilib ki, sıxlığa səbəb insanların biletləri öncədən deyil, məhz gedəcəkləri gün almalarıdır.
Sərnişinlərin sözlərinə görə, istər kassadan, istər onlayn bilet alaraq onlar heç bir problemlə üzləşməyiblər.
Bayramla əlaqədar ölkədə bütün avtovağzallar gücləndirilmiş rejimdə işləyir. Sıxlığın qarşısını almaq üçün bütün regionlar üzrə reyslərə əlavə avtobuslar ayrılıb.