Qurban bayramı ərəfəsində bazarda qiymətlər nə yerdədir? Bu haqda bu gün, 28 iyun tarixində Bakuplus.az Baku TV-yə istinadən xəbər verir.
Satıcıların sözlərinə görə, məhsulların qiyməti ötən ilə nisbətən bu il daha münasibdir.
“Hər alıcının cibinə uyğun məhsul var. Dörd manata alıb üç manata satırıq, yarısı çürüyür deyə tullamalı oluruq”, - deyə satıcılar bildirirlər.
Hazırda bazarda düyünün qiyməti 2,5-5 AZN arası dəyişir, kişmişin kilosu 8-30 AZN, qayısı isə 12-20 AZN arası qiymətə satılır.
Alıcılar qiymətlərdən razı olduqlarını bildirirlər.