Azərbaycan Daxili İşlər Nazirliyi (DİN) valideynləri övladlarını çimərliklərdə nəzarətsiz qoymamağa çağırıb. Bu haqda bu gün, 7 avqust tarixində Bakuplus.az quruma istinadən məlumat verir.
Qurumdan verilən məlumata görə, avqustun 6-da paytaxtın çimərliklərində 42 uşağın itkin düşməsi barədə Daxili İşlər Nazirliyinə məlumat daxil olub. Həmin uşaqlar polis əməkdaşları tərəfindən tapılaraq valideynlərə təhvil veriliblər.
Bu məqamları nəzərə alaraq, DİN vətəndaşlardan övladlarını nəzarətsiz qoymamağı xahiş edir.