Bakı Dövlət Universitetində tədris alan tələbələr təhsil ocağından narazıdırlar. Onların sözlərinə görə, üzrlü səbəbdən davamiyyəti pozan tələbələr imtahana buraxılmırlar. Bu haqda bu gün, 16 mart tarixində Bizim.Media məlumat verib.
Tələbələr bildirirlər ki, xəstələnən və bunu sübut edəcək tibbi arayışı olanlara da heç bir güzəşt edilmir.
Universitetin mətbuat katibi Kəmalə Namazova məsələ ilə bağlı açıqlama verib: “Bu, Nazirlər Kabinetinin qərarı ilə tənzimlənir. Fənn üzrə ayrılmış auditoriya saatlarının 25 faizindən çoxunda iştirak etməyən tələbə (Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin Kollegiyası tərəfindən idman növləri üzrə təsdiq edilmiş milli yığma komandaların üzvləri olan idmançı-tələbələr istisna olmaqla) həmin fəndən imtahana buraxılmır”.