Binəqədi rayonunun Biləcəri qəsəbəsində meşəlik zolaq baxımsız vəziyyətdədir. Bu haqda bu gün, 7 mart tarixində Bakuplus.az ATV-yə istinadən xəbər verir.
Meşəlik ərazidə 70 ildir əkilən şam ağaclarına aqrotexniki qulluq göstərilmir. Bu da ağacların tələf olmasına gətirib çıxarır. Onların çoxu ya çürüyüb, ya da qırılıb.
Vəziyyətdən narahat olan sakinlər müvafiq qurumlara dəfələrlə müraciət etsələr də, heç kim problemi həll etmir.
“Uşaqlar oynayır burada. Qırılıb düşəcək camaatın üstünə. Təmizləyən, baxan yoxdur. Ancaq özümüz işlər görürük”, - deyə sakinlər şikayət edirlər.
Binəqədi rayonu İcra Hakimiyyətindən məsələ ilə bağlı bildirilib ki, ağacların aşmasında insan faktoru aşkar edilməyib. Məsələ qurumun nəzarətindədir, ərazidə təmizlik işləri aparılacaq və yeni ağaclar əkiləcək.