Bakının Binəqədi rayonunda qanunsuz tikili aşkar edilib. Bu haqda bu gün, 23 may tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir.
Keçirilən monitorinq zamanı Biləcəri qəsəbəsində qanunsuz tikinti işlərinin aparıldığı məlum olub.
FHN-in əməkdaşları və Binəqədi Rayon İcra Hakimiyyəti nümayəndələrinin iştirakı ilə həyata keçirilən tədbirlər nəticəsində qanunsuz tikili sökülüb.