Binəqədi rayonunda qaz kəsilib. Bu haqda bu gün, 2 aprel tarixində Bakuplus.az “Azəriqaz”a istinadən xəbər verir.
Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Məlik Aslanov küçəsində ortatəzyiqli qaz xəttinin dayaqlar üzərinə qaldırılması məqsədilə adıçəkilən küçədə qaz təchizatı dayandırılıb.
Məhdudiyyət işlər bitənə qədər davam edəcək.