Bakının Binəqədi rayonu, Biləcəri qəsəbəsinin sakinləri keçilməz küçələrdən şikəyətçidirlər. Bu haqda bu gün, 15 noyabr tarixində Bakuplus.az məlumat verir.
Sakinlərin sözlərinə görə, dünən yağış başlayandan Rəşid İsmayılov küçəsi ilə hərəkət etmək mümkün deyil. Buna səbəb asfaltın keyfiyyətsiz olması və yolboyu kanalizasiyanın olmamasıdır. Nəticədə bütün yağış suları evlərin darvazaları arasında toplanır ki, insanlar ayaqlarını islatmadan evdən çıxa bilmirlər.
Vətəndaşlar aidiyyəti qurumlardan məsələnin həllini və bu vəziyyətdə köməklik göstərmələrini xahiş edirlər.
[video width="480" height="872" mp4="https://bakuplus.az/storage/photos/2022/11/baku1.mp4"][/video]