Sabunçu rayonu, Bilgəh qəsəbəsində abadlıq işləri davam etdirilir. Bu haqda bu gün, 26 aprel tarixində Sabunçu Rayon İcra Hakimiyyətinin mətbuat xidməti məlumat verib.
İşlər “Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi” tərəfindən aparılır. Qəsəbənin Hökümə Qurbanova küçəsinə eni 4 m, uzunluğu 600 m olmaqla yeni asfalt örtüyü vurulub, məişət tullantıları qablarının ətrafı təmizlənib və daş hasarla çərçivəyə alınıb.
Bundan əlavə, Bakı Abadlıq Xidməti və Sabunçu Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə qəsəbələrin abadlaşdırılması istiqamətində işlər aparılır. İşlərə tarixi abidələrin bərpası, evlərin fasadlarının təmiri, kanalizasiya şəbəkələrinin çəkilməsi, küçələrin işıqlandırılması, səkilərin salınması, məişət tullantılarının yığılması, bəzək kollarının və güllərin əkilməsi daxildir.
[caption id="attachment_42092" align="alignnone" width="800"]
Foto Sabunçu rayon İcra Hakimiyyətinin rəsmi saytı[/caption]