Paytaxtın Xəzər rayonu, Binə qəsəbəsi, İmaməddin Nəsimi küçəsinin sakinləri bərbad yollardan şikayət edirlər. Bu haqda bu gün, 11 noyabr tarixində Bakuplus.az ATV-yə istinadən xəbər verir.
Sakinlərin sözlərinə görə, qəsəbənin bütün küçələri asfaltlanıb, ancaq bu küçə baxımsız olaraq qalıb. Burada yayda tozdan, qışda isə palçıq və gölməçələrdən hərəkət etmək mümkün deyil. Onlar öz vəsaitləri hesabına küçəyə çınqıl da töküblər, ancaq xeyri olmur.
“Ötən il qəsəbənin bütün küçələri təmir olundu, son 2 küçəyə toxunulmadı”, - deyə onlar əlavə ediblər.
Binə bələdiyyəsinin sədri məsələ ilə bağlı bildirdi ki, Avtomobil Yolları Dövlət Agentliyinə müraciət artıq ünvanlanıb. AAYDA isə təmir-bərpa işlərinin nəzərdə tutulduğunu və layihənin mərhələli şəkildə aparılacağını qeyd edib.