Binəqədi rayonu, Ağasadiq Gəraybəyli küçəsində binanın söküntüsü zamanı qaydalara riayət olunmur. Bu haqda bu gün, 5 dekabr tarixində Bakuplus.az ATV-yə istinadən xəbər verir.
Belə ki, bir zamanlar idman zalı olan tikilinin yerinə yeni yaşayış binası inşa etmək məqsədilə söküntüyə başlanılıb. Ancaq işlər zamanı nə ətrafdakı sakinlərin, nə də işçilərin təhlükəsizliyinə nəzarət olunmur.
“Əraziyə mütləq qaydada kənar şəxslərin girişi məhdudlaşdırılmalıdır. Qoruyucu sipərlər, qoruyucu torlar çəkilməlidir”, – deyə təhlükəsizlik üzrə ekspert Elmar Nurəliyev qeyd edib.
Həmçinin əlavə olunub ki, təhlükəsizlik tədbirləri görülmədiyi təqdirdə bədbəxt hadisə baş verərsə, bütün məsuliyyət söküntü aparan şirkətin üzərinə düşür.