Bakının Binəqədi rayonu, Koroğlu Rəhimov, 53A ünvanında yerləşən tərk edilmiş bina narkomanların məskəninə çevrilib. Bu haqda bu gün, 1 dekabr tarixində Bakuplus.az ARB Media-ya istinadən xəbər verir.
Əvvələr həmin binada Qarabağdan gələn məcburi köçkünlər yaşayıblar. Onlar da buradan gedəndən sonra əraziyə narkotik istifadəçiləri yığışmağa başlayıblar.
“Cavan uşaqlardır hamısı. Hər yer iynələrlə doludur. Uşaqlarımız üçün xoşagəlməz nümunədir”, – deyə sakinlər şikayət edirlər.
Onlar binanın girişlərini bağlamağa çalışırlar ki, buraya heç kim gəlməsin, ancaq məsələ tam həllini tapmır. Sakinlər bununla bağlı çox narahatdırlar.