Bakının Binəqədi rayonunun müxtəlif küçələrində asfalt yenilənib. Bu haqda bu gün, 8 dekabr tarixində Bakuplus.az rayon İcra Hakimiyyətinə (RİH) istinadən xəbər verir.
Rayonun Həkəri, Ərdəbil, X.Məlikaslanov, Nurlan Həsənov küçələrində yolun əsaslı təmiri və asfaltlanması işləri aparılıb. Ərazidə ümumilikdə 1340 metr uzunluğunda asfalt örtüyü çəkilib.