Bakının Binəqədi rayonunun Biləcəri, Xocəsən, Binəqədi qəsəbələri və Ramiz Aboyev adına istirahət parkı ərazisində bu həftə ərzində iməciliklər təşkil edilib. Bu haqda bu gün, 1 oktyabr tarixində Rayon İcra Hakimiyyəti məlumat verib.
Belə ki, rayon ərazisində mərkəzi və şəhərdaxili yollar təmizlənib, mövcud abadlıq işlərinə xüsusi diqqət yetirilib, alaq otları təmizlənib, ona bitişik ərazi və eyni zamanda məişət tullantıları üçün nəzərdə tutulmuş konteynerlər təmizlənib. Parkların ərazisində və istirahət yerlərində dezinfeksiya işləri aparılıb.
[caption id="attachment_72629" align="alignnone" width="640"]
Foto Bakı Şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinin Facebook səhifəsi[/caption]