Binəqədi rayonunda işıq kəsilib. Bu haqda bu gün, 2 iyul tarixində Bakuplus.az “Azərişıq”a istinadən xəbər verir.
Binəqədi qəsəbəsi, eləcə də Sulutəpə qəsəbəsinin bir hissəsində, Yuxarı Sulutəpə ərazisində işığın verilişi dayandırılıb. Buna səbəb sözügedən ərazilərdə yeni güc mərkəzlərinin şəbəkəyə qoşulmasıdır.
Məhdudiyyət saat 17:00-a qədər davam edəcək.