Bakının 2 rayonunda qaz yoxdur. Bu haqda bu gün, 10 may tarixində Bakuplus.az “Azəriqaz”a istinadən xəbər verir.
Binəqədi rayonunda qaz xətlərinin yerinin dəyişdirilməsi, deformasiyaya uğramış qaz xətlərinin təmiri, eləcə də Xətai rayonunda yeraltı qaz xəttində qaz sızmasının aradan qaldırılması məqsədilə bir sıra ərazilərdə qaz kəsilib.
Məhdudiyyət Binəqədi rayonunun Sulutəpə və Xocəsən qəsəbələrinin bir hissəsini, eləcə də Xətai rayonunun Lütfi Zadə küçəsini əhatə edib.