Bakının Binəqədi rayonunun bəzi küçələrində qaz təchizatı dayandırılacaq. Bu haqda bu gün, 21 dekabr tarixində Bakuplus.az “Azəriqaz”a istinadən məlumat verir.
Qurumdan bildirilib ki, 7-ci və 8-ci mikrorayonları təbii qazla təmin edən yeraltı qaz xətti korroziyaya uğrayıb, borular bu gün gün ərzində yeniləri ilə əvəz olunacaq.
Saat 10:00-dan təmir işləri başa çatana qədər M. Rəsulzadə qəsəbəsinin və S.S.Axundov küçəsinin bir hissəsinin, həmçinin İ.Hacıyev, Koroğlu, F.Rüstəmov, İ.Dadaşov, N.Nərimanov, Ş.Məmmədova küçələrinin isə tam olaraq qaz təchizatında müvəqqəti fasilə yaranacaq.