Binəqədi rayonunda yaşayış evlərinin həyətlərini su basıb. Bu haqda bu gün, 8 may tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.
Hadisə rayonun Xocəsən qəsəbəsi, R.Allahverdiyev küçəsində və Biləcəri qəsəbəsi, M.S.Ordubadi küçəsində qeydə alınıb. Yağıntılı hava şəraiti ilə əlaqədar adıçəkilən ərazilərdə fərdi yaşayış evlərinin həyətlərini su basıb.
Analoji hadisələr Abşeron rayonu, Xırdalan şəhəri, H.Zərdabi küçəsində, həmçinin Naxçıvan şəhər 20-ci məhəllə ərazisində də baş verib.
Ərazilərə FHN-in əməkdaşları cəlb olunublar. Suyun çəkilərək kənarlaşdırılması təmin edilib.