Binəqədi rayonunda yaşayış binasının zirzəmisi çirkabla dolur. Bu haqda bu gün, 22 noyabr tarixində Bakuplus.az Xəzər Xəbər-ə istinadən məlumat verir.
Rayonun Səttar Bəhlulzadə küçəsində yerləşən beşmərtəbəli yaşayış binasının sakinləri üfunətdən şikayət edirlər. Belə ki, ərazidə kanalizasiya xətləri partlayıb, üstəlik 3-4 ildir ki, çirkab sular zirzəmilərə dolur. Sakinlər daimi nəmişliyə görə 70 illik binanın çökəcəyindən narahatdırlar.
“Asfalt, kanalizasiya, su boruları – hamısını öz hesabımıza etmişik. Dəfələrlə “Azərsu”ya müraciət etmişik, amma heç kim məsələni həll etmir”, – deyə sakinlər vurğulayırlar.
Qurumdan isə məsələ ilə bağlı bildirilib ki, sözügedən binada sızma olan xətlər ləğv olunub. Yaxın zamanda ərazidəki çirkab sular da nasoslarla çəkiləcək.