Binəqədi rayonunda bir nəfər xilas edilib. Bu haqda bu gün, 26 aprel tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir.
FHN-nin “112” qaynar xəttinə Azadlıq prospektində yerləşən çoxmənzilli yaşayış binasında bir nəfərin bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması haqda məlumat daxil olub.
Əraziyə xilasetmə qüvvələri cəlb olunub. Onlar mənzilin qapısını açdıqda vətəndaşı halsız vəziyyətdə aşkar ediblər. O, aidiyyəti üzrə təhvil verilib.