Binəqədi rayonunda qanunsuz tikintinin qarşısı alınıb. Bu haqda bu gün, 20 dekabr tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.
Hadisə rayonun Sulutəpə qəsəbəsində baş verib. Ərazidə qeyri-yaşayış obyektinin qanunsuz inşası faktı aşkar edilib. Əraziyə texnika cəlb olunaraq tikili sökülüb. Sahibkar məsuliyyətə cəlb olunub.
Yoxlamalar bundan sonra da davam edəcək.