Binəqədi rayonunda qaz olmayacaq. Bu haqda bu gün, 9 yanvar tarixində Bakuplus.az “Azəriqaz”a istinadən xəbər verir.
Ortatəzyiqli istismara yararsız yeraltı qaz xəttinin bir hissəsinin əvəzlənməsi, eləcə də yeni çəkilmiş yeraltı qaz xəttinin mənbəyə birləşdirilməsi ilə əlaqədar rayonun M.Ə. Rəsulzadə qəsəbəsinin bir hissəsinin, Biləcəri qəsəbəsində Ordubadi küçəsinin, I, II, III Mədən, Baksol yolu və Binəqədi şosesi adlanan yaşayış ərazilərinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
Məhdudiyyət gün ərzində davam edəcək.