Binəqədi rayonunda qazın verilişi dayandırılıb. Bu haqda bu gün, 30 aprel tarixində Bakuplus.az “Azəriqaz”a istinadən xəbər verir.
Qaz xəttində aşkar olunmuş sızmanın aradan qaldırılması ilə əlaqədar Binəqədi rayonu M.Ə.Rəsulzadə qəsəbəsinin Koroğlu, Üzeyir Hacıbəyov, Faiq Rüstəmov küçələrində qaz olmayacaq.
Məhdudiyyət işlər bitənə qədər davam edəcək.