Binəqədi rayonunda qaz kəsilib. Bu haqda bu gün, 4 mart tarixində Bakuplus.az “Azəriqaz”a istinadən xəbər verir.
Ortatəzyiqli qaz kəmərində aşkar olunmuş sızmanın ləğvi ilə əlaqədar saat 10:30-dan etibarən Binəqədi rayonunun Binəqədi qəsəbəsinin, Binəqədi kəndinin, Mədən ərazisinin, Baksol yolunun və Binəqədi şosesinin qaz təchizatında müvəqqəti fasilə yaranıb.
Məhdudiyyət işlər bitənə qədər davam edəcək.