top
Binəqədidə sakinlər kanalizasiyanın yoxluğundan əziyyət çəkirlər - VIDEO
05 aprel 2024, 06:23
- +

Binəqədidə sakinlər kanalizasiyanın yoxluğundan əziyyət çəkirlər - VIDEO

Binəqədi rayonu, 1-ci mədən, 42-ci korpus adlanan ərazidə kanalizasiya problemi var. Bu haqda bu gün, 5 aprel tarixində Bakuplus.az ARB-yə istinadən xəbər verir.

Söhbət Bünyad Sərdarov adına maşınqayırma zavodunun yaxınlığından gedir. Sakinlərin sözlərinə görə, ərazidə kanalizasiya sistemi olmadığından sakinlər ciddi əziyyət çəkirlər. Onlar suyun içində yaşamağa məcbur olurlar. Müvafiq qurumlar isə məsələni həll etmirlər.

“Nəmişlikdən üfunət bürüyüb. Maşın gətizdiririk 20-25 manata gəlib suyu çəkirlər. Döşəmələr çürüyüb gedir, dəfələrlə dəyişmişik. Mən ustaya nə qədər pul verəcəyəm?!”, -deyə sakin şikayət edirlər.

Kanalizasiya ilə yanaşı, ərazidə zibilləri toplayan da yoxdur. Bu da əlavə çətinliklər yaradır.

Binəqədi qəsəbə bələdiyyəsindən məsələ ilə bağlı bildirilib ki, sözügedən evlərin heç bir sənədi yoxdur.

“Bünyad Sərdarov adına zavod var idi, onun ərazisindən istifadə edirdilər, indi həmin zavod fəaliyyət göstərmir. Binəqədi ərazisində məhəllələr var ki, onların ana xəttə qoşulması ilə bağlı biz müraciət etmişik. Bizə söz veriblər ki, 2024-cü ilin sonunda həmin işlərə başlayacaqlar. Məişət tullantıları ilə bağlı biz vətəndaşlara dəfələrlə demişik ki, məişət konteynerlərinə ancaq gündəlik tullantıları ata bilərlər. Amma vətəndaşlar ev söküntüləri və yaxud ağac kəsimi zamanı onlardan istifadə edirlər. Plastmas qutular qoyuruq, yandırılır, dəmir qutular qoyuruq, təkərlərini açıb aparırlar. Vətəndaşlardan dəstək ala bilmirik. Yenə də həmin əraziyə əlavə maşınlar cəld edləcək və həmin məişət tullantıları oradan təmizlənəcək”, – deyə qurumdan qeyd edilib.

Son xəbərlər

Xəbər
Bu gün, 17:29

Oğlunu işə düzəltmək istəyən ANA ALDADILDI

Xəbər
Bu gün, 16:00

Amerikalı ilə evləndi, vəhşicəsinə güllələndi - Azərbaycanlı müğənninin faciəvi sonu

Xəbər
Bu gün, 14:50

Badamdarlıların avtobus problemi - "Hər gün 3 manat taksiyə verə bilmərik"

Xəbər
Bu gün, 12:57

"Toyota Bakı Mərkəzi"nin əməkdaşı həbs edildi - 610 min manatlıq fırıldaq

Xəbər
Bu gün, 12:36

Azər Aydəmir aidiyyəti qurumlara MÜRACİƏT ETDİ

Xəbər
Bu gün, 11:07

Yol polisi sürücülərə MÜRACİƏT ETDİ

Səbail
Bu gün, 09:52

Bakının bitməyən tıxacı...

Xəbər
Dünən, 17:48

"Bank Respublika" "Access Bank"ı alır

Xəbər
Dünən, 17:38

Ağac bordürü aşırtdı, barmaqlıqları əydi - Tədbir görən isə yoxdur

Xəbər
Dünən, 16:39

Bəzi müəllimlər qız uşaqlarını ərə getməyə çağırır - Deputatdan İDDİA

Xəbər
Dünən, 15:03

Ərini basdırıb üstündə güllər əkən qadına HÖKM OXUNDU

Xəbər
Dünən, 14:00

"TikTok"da qız adı ilə bacısının keçmiş əri ilə danışıb evə çağırdı

Xəbər
Dünən, 13:50

"Məni qınadılar ki, qızından imtina etmisən, dedim ki, nə gic-gic danışırsınız?" - Xalq artisti əsəbiləşdi

Xəbər
Dünən, 12:01

"Koroğlu"da yeni dəyişiklik: Ekspres avtobuslar üçün ayrıca zolaq yaradıldı

Xəbər
Dünən, 11:57

Bakı metrosunda tarixi yenilik: "Avtovağzal"dan bütün stansiyalara getmək mümkün olacaq

Xəbər
Dünən, 10:01

"Atana deyərəm" – Yeniyetmə qızı gizli videosu ilə şantaj etdi

Xəbər
10 sentyabr 2026, 17:32

Dərsliklərə "sağlam qidalanma" mövzusu daxil ediləcək, kadr hazırlığı təkmilləşdiriləcək

Xəbər
10 sentyabr 2026, 16:56

Restorandan oğurladığı ətləri kasıblara payladı - Bakıda KURYOZ OLAY

Xəbər
10 sentyabr 2026, 15:30

İlham Mirzəyev xəstəxanadan evə buraxıldı

Xəbər
10 sentyabr 2026, 14:28

Döşəməni təmizlədikləri bez ilə eskalatorun tutacaqlarını SİLDİLƏR

Xəbər
10 sentyabr 2026, 12:11

Prezident Qaradağ rayonunda kağız və gigiyenik məhsulların istehsalı müəssisəsinin açılışında iştirak edib

Xəbər
10 sentyabr 2026, 11:21

Dövlət işçilərinə maaş əlavələri və mükafatlar belə veriləcək - Prezidentdən Fərman

Xəbər
10 sentyabr 2026, 10:49

Arvadını döyən stomatoloq: "Evdən 100 min manat götürdüyümü dedi, üzümə tüpürdü"

Xəbər
10 sentyabr 2026, 09:50

Bakıda kişi arvadını iş yerində döydü

Oxşar xəbərlər