Yetkinlik yaşına çatmayanlara tütün məmulatları satan mağazalar cərimələnib. Bu haqda bu gün, 24 noyabr tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
Keçirilən əməliyyat nəticəsində Binəqədi rayonu ərazisində yerləşən 6 mağazada satıcıların yetkinlik yaşına çatmayanlara tütün məmulatları satması məlum olub.
Aşkar edilən faktlarla bağlı sahibkarlar məsuliyyətə cəlb olunublar.