Binəqədi rayonunda qaz kəsilib. Bu haqda bu gün, 25 aprel tarixində Bakuplus.az “Azəriqaz”a istinadən xəbər verir.
Rayonun Binəqədi kəndi və Gülüstan yaşayış massivini təbii qazla təmin edən xəttin əsaslı təmir olunmuş hissəsinin mövcud qaz xəttinə qoşulması ilə əlaqədar Binəqədi kəndi, 1, 2, 3-cü Mədənlər, Gülüstan yaşayış massivinin 1-14-cü dalanlarının qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
Məhdudiyyət işlər bitənə qədər davam edəcək.