Bakıda ən çox şagird sıxlığı Binə qəsəbəsindədir. Bu haqda bu gün, 3 iyul tarixində Bakuplus.az Bakı Şəhəri üzrə Təhsil İdarəsinə istinadən xəbər verir.
Qurumun müdiri Mehriban Vəliyevanın sözlərinə görə, paytaxtda ən çox şagird sıxlığı Xəzər rayonu, Binə qəsəbəsində müşahidə edilir.
“Ötən il paytaxt ərazisində açılan 8 məktəbin bir qismi məhz Binədə yerləşir. Bununla da orada şagird sıxlığı qismən aradan qaldırılıb. Çətinliyin həllinə doğru gedirik”, - deyə o əlavə edib.