Binəqədi-Balaxanı yolunda 5 aydır davam edən kanalizasiya sularının yola axması sakinlərin narazılığına səbəb olub.
Bakuplus.az xəbər verir ki, bu barədə məlumat sosial şəbəkələrdə yayılıb.
Sakinlərin sözlərinə görə, aidiyyəti qurumlara dəfələrlə müraciət edilsə də, problem hələ də həll olunmayıb. Yolun çirklənməsi sürücülər üçün də təhlükə yaradır. Çünki bu, sürüşmə riskini artırır.
Sakinlər problemin tezliklə aradan qaldırılmasını tələb edirlər.