Paytaxtın Binəqədi rayonu, Süleyman Sani Axundov küçəsində yerləşən 2Q nömrəli binaya istilik verilmir.
Artıq istilik mövsümünə başlanılsa da, bu binanın sakinləri istilik üzünə həsrət qaldıqlarını deyirlər.
Məsələ ilə bağlı "Azəristiliktəchizat" Açıq Səhmdar Cəmiyyətindən bildirilib ki, problemin səbəbi radiator üçün nəzərdə tutulan ventillərin mənzillərin daxilində düzgün quraşdırılmaması ilə bağlıdır.
Ətraflı “Xəzərxəbər”in süjetində: