top
Bölgələrdən Bakıya axın iqtisadi mühitə necə təsir edir? - ARAŞDIRMA + FOTO
29 noyabr 2024, 05:20
- +

Bölgələrdən Bakıya axın iqtisadi mühitə necə təsir edir? - ARAŞDIRMA + FOTO

Hesablama Palatası “2025-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinə verdiyi rəydə növbəti il üçün iqtisadi proqnozlarını açıqlayıb. Rəydə bildirilib ki, 2025-ci ildə ölkə iqtisadiyyatının 3,5 faiz artacağı, lakin qeyri neft-qaz sektoru üzrə artımın cari ilin gözlənilən rəqəmi ilə müqayisədə nisbətən zəifləməsi səbəbindən iqtisadi artımın bir qədər zəifləyəcəyi proqnozlaşdırılır. O da qeyd edilib ki, ortamüddətli dövrdə – 2025-ci il istisna olmaqla – neft sektorunda azalmanın nəzərdə tutulması fonunda ümumi daxili məhsulun (ÜDM) həm nominal, həm də real artımının təkcə qeyri neft-qaz sektoru hesabına təmin ediləcəyi, qeyri neft-qaz sektorunda artıma bütün sahələrin töhfə verəcəyi proqnozlaşdırılır.

Dövlət Vergi Xidmətinin açıqladığı rəqəmlərə baxdıqda 2024-cü ilin yanvar-oktyabr ayları ərzində dövlət büdcəsinə daxil olan 14 milyard 148,4 milyon manatdan çox verginin 9 milyard 551,4 milyon manatdan artığının qeyri-neft-qaz sektorunun payına düşdüyü görülür. Ümumilikdə isə göstərilən tarix aralığında ödənilən vergilərin 67,5 faizi qeyri-neft-qaz sektorundan əldə edilib.

İqtisadiyyat Nazirliyi tərəfindən 2024-cü ilin yanvar ayında paylaşılan rəqəmlərə də qeyri-neft-qaz ÜDM-nin 12,3% artdığı yansıyıb. Bundan başqa, həmin dövrdə əsas kapitala investisiya qoyuluşları qeyri-neft-qaz sektoruna 34,1 faiz artıb.

Dövlət Statistika Komitəsinin açıqladığı hesabatda isə yanvar-sentyabr aylarında Azərbaycanda əsas kapitala 12 milyard 711,1 milyon manat və yaxud ötən ilin eyni dövrü ilə müqayisədə 3,9 faiz az investisiya yönəldildiyi bildirilib. Son bir ildə qeyri neft-qaz sektoruna investisiyaların isə 1,6 faiz azaldığı açıqlanıb.

Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 2 fevral tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”də də uzunmüddətli dövrdə əsas məqsədin regionların inkişafının paytaxtın inkişaf səviyyəsinə uyğunlaşdırmaq olduğu bildirilir, bölgələrdə iqtisadi aktivliyin daha da artırılması üçün mövcud iş qüvvəsi və bütün resursların tamamilə iqtisadi dövriyyəyə cəlb edilməsinin vacibliyi vurğulanır, regionların da paytaxtla müqayisə oluna biləcək yaşayış standartlarına malik olmasının zəruriliyi qeyd olunur.

Bütün bunları nəzərə alaraq Hesablama Palatasının 2026-cı ildən iqtisadi artım tamamilə qeyri-neft-qaz sektorunun hesabına olacağı yönündəki proqnozunun regionlara necə yansıyacağı və bunda bölgələrin oynadığı rolun nədən ibarət olacağı sualı ortaya çıxır.

Bakuplus.az-a açıqlama verən iqtisadçı-ekspert Xalid Kərimli Hesablama Palatasının proqnozunu şərh edib.

Xalid Kərimli neft sektorundakı azalmaya, qaz sektorundakı artıma diqqət çəkərək 2026-cı ildən neft-qaz sektorunun ya stabil qalacağını, ya da azalacağını bildirib:

“Maliyyə Nazirliyi də büdcə təqdimatlarında bu barədə proqnoz verir. Bu da o deməkdir ki, neft sektoru azalır, qaz sektorunda isə artım olacaq. Demək olar, Cənub Qaz Dəhlizi nə qədər qaz ötürə bilirsə, o qədər qaz çıxarılır. Qaz sektorunun artması üçün Cənub Qaz Dəhlizinin genişləndirilməsi lazımdır. 2022-ci ildə Avropa Komissiyası ilə Azərbaycan arasında memorandum imzalanmasına baxmayaraq, ortada hələ heç nə yoxdur. Ona görə də 2026-cı ildən neft-qaz sektoru ya stabil qalacaq, ya da azalacaq. Artım avtomatik qeyri-neft-qaz sektorunun hesabına təmin olunacaq”.

Bunun iqtisadi artımda regionların payının artımı, iqtisadiyyatın regionlara yayılması kimi başa düşülməməsini xüsusilə vurğulayan ekspert əlavə edib ki, neft-qaz sektorunun iqtisadi artımda rolunun azalmasına rəğmən, qeyri-neft-qaz sektoru da Bakı və Abşeron yarımadasında toplanıb:

“Onsuz da neft-qaz sektorunda Azərbaycan əhalisinin təqribən 100 min nəfəri işləyir. Bu, muzdlu işçilərin, haradasa, 5-6 faizidir, əmək qabiliyyətli iqtisadi fəal əhalinin isə heç 2-3 faizi deyil. Buna baxmayaraq, muzdlu işlər, yaranan gəlir, əlavə dəyər, aktiv işlər əsas Bakı-Abşeron yarımadasındadır. Ona görə də neft-qaz sektorunun iqtisadi artımda rolu azalacaq, ancaq yenə də qeyri-neft-qaz sektoru da Bakı-Abşeron yarımadasında toplanıb”.

“Regionlarda əsas kənd təsərrüfatıdır, bir də turizm obyektləri. İqtisadiyyatda bunların rolu o qədər mühüm deyil”, - deyən Xalid Kərimli bildirib ki, qeyri-neft-qaz sektorunun payının artmasının regionların da payının artması mənasına gəlmir:

“Yenə də Azərbaycanın əsas iqtisadi mərkəzi, iqtisadi artımın əsas formalaşacağı region Bakı-Abşeron yarımadası olacaq. Bu, vahiməli bir şey deyil. Azərbaycan ərazisi 86,6 min kvadratkilometrdir. Bu, böyük bir ərazi deyil ki, regionların hamısı inkişaf etsin, buna süni şəkildə cəhd göstərilsin. Azərbaycanın əsas problemi regionların disproporsional inkişafı deyil, deyək ki, bir region zəif inkişaf edir, digər region güclü. Bizim problemimiz qeyri-neft sektorunun rəqabət qabiliyyətli olmaması, qeyri-neft ixracının əhəmiyyətli olmamasıdır, iqtisadiyyatın texnoloji cəhətdən vəziyyətinin pis olmasıdır, ixracyönümlü iqtisadiyyatı qura bilməməyimizdir. Bizim problemimiz bunlardır. Tutaq ki, Ağdaşda iş yerinin açılıb niyə Zərdabda açılmaması deyil”.

İqtisadçı-ekspertin sözlərinə görə, bütün regionların inkişaf etdirilməsi ölkənin qarşısına məqsəd kimi qoyulmamalıdır:

“Əksinə, insanlar Bakıda iş tapırlarsa, Bakının infrastrukturu yaxşılaşdırılmalıdır, paytaxt ətrafa genişlənməlidir. Bakıda məskunlaşma da bir o qədər çox deyil. Çinin elə şəhərləri var ki, əhalisi Bakıdan 10 dəfə daha çoxdur və Bakıdan daha yaxşı idarə edilir. Yəni iqtisadiyyatın rentabelli olması üçün rayonların süni şəkildə inkişaf etdirilməsi yox, Bakının yaşaya bilinəcək vəziyyətə gətirilməsi istiqamətində işlər görülməlidir”.

Xalid Kərimli Azərbaycanın prioritetinin qeyri-neft sektorunun inkişaf etdirilməsi olduğunu vurğulayıb:

“İnzibati rayon bölgüləri Sovet dövründən qalıb və o dönəmdə mərkəzi iqtisadiyyat idi, hər şeyi dövlət proqnozlaşdırırdı. İndi isə biz özəl sektora nəyi necə edəcəyini diktə edə bilmərik. Dövlətin görə biləcəyi iş də – park salmaq, xəstəxana tikmək  – məhduddur və dayanıqlı deyil. Bu baxımdan, hesab etmirəm ki, Azərbaycanın prioriteti regionların inkişaf etdirilməsi olmalıdır. Azərbaycanın prioriteti qeyri-neft sektorunun inkişaf etdirilməsi olmalıdır. Bu çərçivədə regionlar da inkişaf edəcək”.

Ekspert sözlərini: “Regionların inkişaf etməməsinin əsas səbəbi də qeyri-neft iqtisadiyyatının inkişaf etməməsidir. Bu problemə yönəlsək, digər məsələlər də avtomatik olaraq həll edilmiş olur”, - deyə yekunlaşdırıb.

Sara Piriyeva

Son xəbərlər

Xəbər
Bu gün, 15:03

Ərini basdırıb üstündə güllər əkən qadına HÖKM OXUNDU

Xəbər
Bu gün, 14:00

"TikTok"da qız adı ilə bacısının keçmiş əri ilə danışıb evə çağırdı

Xəbər
Bu gün, 13:50

"Məni qınadılar ki, qızından imtina etmisən, dedim ki, nə gic-gic danışırsınız?" - Xalq artisti əsəbiləşdi

Xəbər
Bu gün, 12:01

"Koroğlu"da yeni dəyişiklik: Ekspres avtobuslar üçün ayrıca zolaq yaradıldı

Xəbər
Bu gün, 11:57

Bakı metrosunda tarixi yenilik: "Avtovağzal"dan bütün stansiyalara getmək mümkün olacaq

Xəbər
Bu gün, 10:01

"Atana deyərəm" – Yeniyetmə qızı gizli videosu ilə şantaj etdi

Xəbər
Dünən, 17:32

Dərsliklərə "sağlam qidalanma" mövzusu daxil ediləcək, kadr hazırlığı təkmilləşdiriləcək

Xəbər
Dünən, 16:56

Restorandan oğurladığı ətləri kasıblara payladı - Bakıda KURYOZ OLAY

Xəbər
Dünən, 15:30

İlham Mirzəyev xəstəxanadan evə buraxıldı

Xəbər
Dünən, 14:28

Döşəməni təmizlədikləri bez ilə eskalatorun tutacaqlarını SİLDİLƏR

Xəbər
Dünən, 12:11

Prezident Qaradağ rayonunda kağız və gigiyenik məhsulların istehsalı müəssisəsinin açılışında iştirak edib

Xəbər
Dünən, 11:21

Dövlət işçilərinə maaş əlavələri və mükafatlar belə veriləcək - Prezidentdən Fərman

Xəbər
Dünən, 10:49

Arvadını döyən stomatoloq: "Evdən 100 min manat götürdüyümü dedi, üzümə tüpürdü"

Xəbər
Dünən, 09:50

Bakıda kişi arvadını iş yerində döydü

Xəbər
09 sentyabr 2026, 21:59

10 ilin acı statistikası: istirahət məkanlarında 21 ölüm - ARAŞDIRMA

Xəbər
09 sentyabr 2026, 20:58

Xətaidə pivə zavodundan Xəzərə çirkab su axıdılır? – Araşdırma başladı + YENİLƏNİB

Xəbər
09 sentyabr 2026, 17:53

"Həndbolçularımız işıqsız, suyun olmadığı şəraitdə məşq edirdilər" - Federasiyasının idman direktoru

Xəbər
09 sentyabr 2026, 17:37

Bakıda qolları olmayan körpə doğuldu - Anası İMTİNA ETDİ

Xəbər
09 sentyabr 2026, 16:28

Nəcəf Nəcəfovun məzarı üzərindəki barelyefi oğurlayan TUTULDU - YENİLƏNİB

Xəbər
09 sentyabr 2026, 15:14

Prezident Aleksandr Şarovskinin vəfatı ilə bağlı nekroloq imzalayıb

Xəbər
09 sentyabr 2026, 14:46

Bakıda kişi ona içmə deyən arvadına badalaq vurdu

Xəbər
09 sentyabr 2026, 13:19

Bakıda şimşək çaxacaq, yağış yağacaq

Xəbər
09 sentyabr 2026, 12:43

Göldən pis qoxu gəlir, əraziyə zibil atılır – Ramanalılar kömək istəyir

Xəbər
09 sentyabr 2026, 10:02

Xalq artisti Aleksandr Şarovski vəfat edib - Mehriban Əliyeva başsağlığı verib

Oxşar xəbərlər