Mərkəzi Nəbatat bağına baxış keçirilib. Bu haqda bu gün, 4 may tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
Ekologiya Nazirliyi və Bakı Şəhər İcra Hakimiyyətinin nümayəndələri Mərkəzi Nəbatat bağında aparılan işlərlə tanış olublar.
Keçirilən baxış zamanı bir neçə ağacın xəstəlikdən quruduğu və onların bəzilərinin götürülmədiyi məlum olub. Həmçinin bioloji inkişafda olan bir neçə cavan ağacda hisli kif və lentşəkilli sovka xəstəlikləri aşkar edilib. Onların bir hissəsi kəsilib, lakin ərazidən tam həcmdə götürülməyib və utilizasiyası həyata keçirilməyib.
Bütün çatışmazlıqlar rəsmiləşdirilib və bağın rəhbərliyinə tapşırılıb ki, abadlaşdırma prosesində yaşıllıqların qorunması və mühafizəsi təmin edilsin.
Daha öncə, Botanika bağında ağacların qanunsuz kəsilməsi ilə bağlı iddia yayılmışdır.