Botanika bağında ağacların kəsildiyi iddia olunur. Bu haqda bu gün, 2 may tarixində Bakuplus.az yerli mətbuata istinadən xəbər verir.
Jurnalist Yanina Mədətovanın iddiasına görə, bağda müxtəlif binaların tikilməsi üçün meşəliklərin bir hissəsi birbaşa və ya qurudularaq kəsilir. O bildirir ki, araşdırma aparmaq istəsələr də, onları əraziyə buraxmayıblar.
Caliber.az-dan verilən məlumata əsasən, Botanika bağından məsələnin yanlış olduğunu bildiriblər.
“Yeni layihədə bağdakı yaşıllıqların artırılması nəzərdə tutulub, nəinki azaldılması. Kəsilən ağaclar isə xəstə ağaclar olub. Digər yaşıllıqlara xəstəlik keçməsin deyə bu addım atılıb”, - deyə qurumdan məlumat verilib.