Bu idən etibarən tədris dilindən asılı olmayaraq, ölkənin bütün məktəblərində bir sıra fənlər Azərbaycan dilində tədris olunacaq. Bunu elm və təhsil naziri Emin Əmrullayev ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi çərçivəsində keçirilən Azərbaycan dili və ədəbiyyatı forumunda deyib.
"Tədrisi digər dillərdə aparılan məktəblərdə Azərbaycan tarixinin sırf Azərbaycan dilində aparılması bu il bütün məktəblərə tətbiq olunacaq. Bu, eyni zamanda Zəfər tarixi və hərbi hazırlıq fənlərinə də aiddir", – deyə nazir vurğulayıb.