Dənizkənarı bulvarda Xəzərə plastik qablar və tum qabıqları atılır. Dənizin yağlılığı da artıb. Bunu əks etdirən video Rusiyadan gələn turistlər tərəfindən çəkilib və sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. Bu haqda bu gün, 6 iyul tarixində Bakuplus.az Xəzər Xəbər-ə istinadən məlumat verir.
Bakıya gələn turistlər suyun çirkli olduğunu bildiriblər. Bununla yerli sakinlər də razıdırlar. Onların sözlərinə görə, dənizin yağlılığı həddən artıq çoxalıb, çirkliliyi də göz qabağındadır.
Dənizkənarı Bulvar İdarəsindən verilən məlumata görə, Milli Parkın ərazisində təmizliyə daim diqqət yetirilir.
Dəniz suyunun çirklənməsi və neftin miqdarının artması ilə bağlı müvafiq qurumlara məlumat verilib.